AZAL-ın reysi ilə 117 nəfər azərbaycanlı Almatadan Bakıya gətirilib (FOTO)

Azərbaycanın milli aviadaşıyıcısı həmvətənlərin ölkəmizə qayıtması üçün çarter reyslərini yerinə yetirməyə davam edir. Belə ki, iyulun 24-də AZAL aviaşirkətinin çarter reysi ilə 117 Azərbaycan vətəndaşı Almatadan vətənə gəlib.

AZAL-dan Trend-ə verilən məlumata görə, həmin reysə yalnız COVID-19 testinin neqativ nəticəsi barədə arayış təqdim edən sərnişinlər buraxılıb. Ölkəyə gəldikdən sonra bütün sərnişinlər iki həftə müddətində özünütəcrid şəraitində olmalıdırlar.

Xatırladırıq ki, çarter reysləri Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın əvvəlcədən razılaşdırılmış planı əsasında həyata keçirilir.

AZAL-ın reysi ilə 117 nəfər azərbaycanlı Almatadan Bakıya gətirilib (FOTO) - Gallery Image