“Aprel şəhidləri” haqqında layihənin icrası davam edir

20.06.2020 ci il tarixində Vətəndaş Təşəbbüsləri və İctimai Maarifləndirmə İctimai Birliyi Azərbaycan Respublikası Prezideni Yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Aprel şəhidləri unudulmur” mövzusunda tədbirlər və internet saytın yaradılması layihəsinin icrası davam edir.

1988 ci ildən başlayaraq mənfur qonşumuz ermənilər ölkəmizə qarşı ərazi iddiası irəli sürərək, tarixi Azərbaycan ərazisi olan Dağlıq Qarabağda etnik təmizləmə aparması, müharibənin başlanmasına səbəb oldu. Minlərlə dinc sakin vəhşicəsinə qətlə yetirildi. Bir miliyon Azərbaycan vətəndaşı qaçqın vəziyyətinə düşdü. Nəticədə Dağlıq Qarabağ və ətrafındakı yeddi rayon işğal edildi və hazırda da bu torpaqlar işğal altında saxlanılır.

Bu müharibə zamanı, torpaqlarımız uğrunda gedən döyüşlərdə 20 mindən artıq əsgərimiz şəhid olmuş, xeyli sayda insan yaralanaraq, sağlamlığını itirmiş və əlil olmuşdur. Daha sonra atəşkəs elan edildi və sülh danışıqları başladı. Sülh danışıqları getməsinə baxmayaraq 2016 cı ilin aprel ayında düşmən, cəbhə xəttində təxribat törətməyə cəhd etdi və ordumuz bu cəhdin qarşısını uğurla alaraq əks hücuma keçdi. Nəticədə çox sayda strateji əhəmiyyətli yüksəkliklər və yaşayış məntəqələri düşməndən azad edildi. Bu döyüşlər zamanı çox sayda əsgər və zabitlərimiz qəhrəmanlıqlar göstərdi və onların bir çoxu şəhidlik zirvəsinə yüksələrək qəhrəmanlıq simvoluna çevrildilər.

Layihə 2016 ci il Aprel döyüşləri zamanı şəhid olan qəhrəman əsgərlərimizin Azərbaycan cəmiyyətinə tanıdılması və onların vətən uğrunda gedən döyüşlərdə göstərdikləri qəhrəmanlıqlar haqqında ictimai məlumatlandırmanı təmin etmək üçün internet saytın yaradılması nəzərdə tutulmuşdur.

Layihənin hazırlıq mərhələsi artıq başa çatmışdır. Hazırlıq mərhələsi olaraq layihənin icrası üçün işçi heyəti formalaşdırılmışdır. Aprel şəhidləri haqqında məlumat və materialların toplanması (onların siyahısı, fotoşəkilləri, döyüş yolu və həyatı və s), başa çatmışdır. Hazırda Veb sayt mütəxəssis tərəfindən hazırlanır. Yaxın günlərdə sayt fəaliyyətə başlayacaqdır.