Azərbaycanın birinci vitse-prezidentinə və vitse-prezidentlərinə dövlət qulluqçusu statusu şamil edilməyəcək.
“Qafqazinfo”
xəbər verir ki, bununla bağlı “Dövlət qulluğu haqqında” qanunun 2-ci
maddəsinin (Dövlət qulluğu) 2.4-cü bəndinə dəyişiklik təklif edilir.
Layihəyə görə, 2.4-cü maddədə adıçəkilən qanunda başqa hal nəzərdə
tutulmayıbsa, bu qanun Azərbaycan prezidentinə, birinci
vitse-prezidentinə və vitse-prezidentlərinə, Milli Məclisinin
deputatlarına, baş nazirə və onun müavinlərinə, məhkəmə hakimlərinə,
İnsan hüquqları üzrə müvəkkilə (Ombudsmana), mərkəzi icra hakimiyyəti
orqanlarının rəhbərlərinə və onların müavinlərinə, Mərkəzi Seçki
Komissiyasının sədrinə, sədr müavinlərinə, katibinə və üzvlərinə,
Hesablama Palatasının sədrinə, sədr müavininə və auditorlarına, yerli
icra hakimiyyəti orqanlarının rəhbərlərinə (başçılarına), Naxçıvan
Muxtar Respublikası Ali Məclisinin deputatlarına, Muxtar Respublikanın
baş nazirinə və onun müavinlərinə, mərkəzi icra hakimiyyəti orqanlarının
rəhbərlərinə, habelə hərbi qulluqçulara şamil olunmur.