“Ali Baş Komandan, Prezident
İlham Əliyev dəfələrlə bəyan etmişdir ki, Azərbaycan Respublikasının
Ermənistan ərazisində heç bir hərbi hədəfləri yoxdur. Azərbaycan Ordusu
Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri
çərçivəsində ölkəmizin ərazi bütövlüyünü bərpa edir”.
“Report”
xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident
Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət
Hacıyev bildirib.
“Ermənistan ərazisindən və
işğal olunmuş ərazilərdən beynəlxalq insan hüquqları müdafiəsi
təşkilatları tərəfindən bəyan edildiyi kimi ballistik, qadağan edilmiş
kasetli reaktiv raketlər və ağır artilleriya ilə Azərbaycanın Gəncə,
Mingəçevir, Tərtər, Bərdə, Goranboy, Ağdam, Ağcabədi, Naftalan, Daşkəsən
Qəbələ, Kürdəmir, Siyəzən, Xızı və digər şəhər və rayonlarının dinc
sakinləri və mülki obyektlər bombardman edilib. Bu raket hücumları
nəticəsində sıralarında 11 azyaşlı uşaq, 27 qadın olmaqla, 91 nəfər
mülki insan həlak olmuş, 400-dən artıq mülki şəxs yaralanmışdır. Eyni
zamanda, Ermənistan ərazisindən ağır artilleriya, ballistik və reaktiv
raketlər, kasetli bombalar və digər atıcı silahlardan istifadə edərək
Azərbaycan Ordusunun mövqelərinə davamlı olaraq atəşlər açılır. Bu
dözülməzdir”, – H.Hacıyev bildirib.