Millimizin sabiq üzvü Fransa klubunda

17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin sabiq üzvü Eldar Tağızadə Fransanın “Klermon” klubuna transfer olunub.
Qol.az xəbər verir ki, 18 yaşlı qapıçı yeni klubu ilə 2024-cü ilədək müqavilə imzalayıb. Bu, onun ilk peşəkar sözləşməsidir. O, “Klermon”un ikinci və U-19 komandasında çıxış edəcək.
Tağızadə 1 ilə yaxındır Liqa 2 təmsilçisinin düşərgəsində məşq edirdi. 
Qeyd edək ki, E. Tağızadə Azərbaycanda “Neftçi”nin heyətində AFFA-nın uşaq liqalarında mübarizə aparıb. O, son olaraq İspaniyada “Fundacion Marcet” futbol akademiyasında oynayıb.