Azərbaycan Prezidenti
İlham Əliyevin Şuşa şəhərini ölkənin mədəniyyət paytaxtı elan etməsi,
Vaqif poeziya günləri və “Xarı bülbül” festivalını bərpa etməsi ölkənin
mədəni həyatında əlamətdar hadisələrdir.
Trend
oxuculara “Xarı bülbül” festivalının konsert proqramından arxiv
videogörüntüləri təqdim edir. Çıxışlar arasında Azərbaycanın xalq
artisti Qədir Rüstəmovun ifa etdiyi, Azərbaycan musiqisinin Qızıl
fonduna daxil olan “Sona bülbüllər” mahnısı da yer alıb
Qeyd
edək ki, “Xarı bülbül” beynəlxalq festivalı məşhur xanəndə Seyid
Şuşinskinin 100 illik yubileyi ilə əlaqədar 1989-cu ildən keçirilməyə
başlayıb. Festival hər il may ayında Yaponiya, ABŞ, Türkiyə, Almaniya,
İsrail, İtaliya, İspaniya, Avstriya, Əfqanıstan, SSRİ ölkələrinin
iştirakı ilə keçirilib və təkcə Azərbaycanda deyil, bütün dünyada ən
vacib mədəniyyət tədbirlərindən biri hesab olunurdu.