Fevralın 1-dən tələbələrin köçürülməsi prosesi başlanılır.
Təhsil Nazirliyindən verilən məlumata görə, elektron sənəd qəbulu fevralın 7-dək davam edəcək.
Tələbələrin
ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən
köçürülməsi, yaxud bir ixtisasdan digərinə dəyişdirilməsi, eləcə də
ölkəmizdə yerləşən orta ixtisas təhsili müəssisələri tələbələrinin,
magistratura səviyyəsində təhsilalanların köçürülməsi transfer.edu.az
portalı vasitəsilə həyata keçirilir.
Portala
müraciət edən şəxslər köçürülmək istədiyi təhsil müəssisəsini seçmək
imkanına malikdir. Bunun üçün təhsilalanlar tələb olunan məlumatları
daxil etməklə köçürülmə meyarlarına uyğun gəlib-gəlmədiyini müəyyən edə
bilərlər.
Qeyd edək ki, Təhsil Nazirliyi
tərəfindən yaradılan transfer.edu.az portalı tələbələrin köçürülməsi
prosesinin sadələşdirilməsinə və şəffaflığın təmin olunması məqsədinə
xidmət edir. Portal fəaliyyətə başladığı gündən bugünədək 9 mindən çox
tələbənin köçürülməsi həyata keçirilib.