Bu gün Moskvaya səfər edən Ermənistan baş naziri Nikol Paşinyan Azərbaycan və Rusiya liderləri ilə görüşəcək.
Ermənistan
KİV xəbər verir ki, səfər zamanı Paşinyanın Moskvadan 1 milyard 150 min
dollar məbləğində kredit götürməsi gözlənilir.
“Rusiya
44 günlük müharibə zamanı Ermənistana məhz bu məbləğdə silah satmışdı.
Rəhbərlik yardımın qarşılıqsız olması barədə xahiş belə etməyib”- deyə
hökumətdəki mənbə açıqlama verib.
Beləliklə, Ermənistanın xarici borcu daha 1 milyard dollar məbləğində artmış olacaq.