Dövlət Statistika Komitəsi
hər ay 140-a yaxın ərzaq məhslunun ölkə üzrə orta pərakəndə satış
qiyməti barədə məlumatlar dərc edir. Siyahıda eyni məshul çeşidinin 2
qrup üzrə qiymətləri də ayrıca qeyd edilir: yerli və idxal məhsulu.
Məlumat bazasında yerli və idxal məhsulun pərakəndə qiymətləri ayrıca göstərilir.
Məlumatları
təhlil edən iqtisadçı ekspert Rövşən Ağayev bildirir ki, ötən ilin
noyabr ayı ilə müqayisədə 2020-ci ilin noyabrın sonunda idxal məhsulları
səbətində 2 fazilik bahalanma görsənir.
“Amma
məsələnin maraqlı tərəfi odur ki, statistikada eyni dövrdə idxal olunan
hazır qida məhsullarının qiymət indeksinin 17%, idxal olunan bitki
mənşəli məhsulların qiymət indeksinin 10%-ə yaxın artdığı görünür. İdxal
qiymətini şərti olaraq topdansatış qiyməti də saya bilərik. Bu baxımdan
pərakəndə və topdan idxal qiymətləri arasında kifayət qədər böyük fərq
diqqəti çəkir” – deyə Ağayev qeyd edib.
Başqa
maraqlı məqamda diqqət çəkən ekspert yerli ərzaq məhsulları səbətinin
pərakəndə satış qiymətlərinin daha çox – 5.2 faiz artdığını deyir:
“Statistikada görünən odur ki, bu artımın əsas səbəbi istehsalın
bahalaşmasıdır. Belə ki, rəsmi məlumata görə, 2020-ci ildə bitkiçilik
məhsullarının istehsalçı qiymət indeksi 5.1%, heyvandarlıq məhsullarının
qiymət indeksi isə 4.5% artıb.
Təəssüf ki,
Statsitika Komitəsi məhsul növləri üzrə topdansatış qiymətlərə dair
mütləq məbləğlərdə rəqəmləri dərc etmir. Məsələn, Rusiya statistikasında
görmək olur ki, ötən il hər ton taxılın, 1 yumurtanın, 1 ton soğanın
istehsalçı qiyməti necə olub, bu il həmin rəqəmlər necə dəyişib. Belə
statistika konkret məhsul növləri üzrə topdan və pərakəndə qiymətlərin
dinamikasının müqayisəli izləmək üçün çox önəmlidir”.