Azərbaycanın yunan-Roma güləşçisi Həsrət Cəfərov Rusiyanın Ufa şəhərində gənclər arasında dünya çempionatında final görüşünə çıxıb. 67 kq-da mübarizə aparan idmançı qızıl medal uğrunda qarşılaşmada Ermənistan təmsilçisi Sahak Hovannisyanla üz-üzə gəlib. Rəqibinə heç bir şans verməyən Cəfərov 7:0 hesabı ilə qalib gələrək, dünya çempionu olub. 60 kq çəki dərəcəsindəki Nihat Məmmədli bürünc medal görüşündə özbəkistanlı Şerməhəmməd Şaribcanovu 5:1 hesabı ilə məğlub edib və fəxri kürsünün 3-cü pilləsinə qalxıb. 72 kq-da çıxış edən Xasay Həsənli isə ermənistanlı Şant Xaçatryana uduzaraq, bürünc medal şansını əldən verib.