Berlin küçələrində qışqıranlar yalnız boğazlarını cırırlar

Azərbaycanda xalqla hakimiyyət arasında o qədər möhkəm bir bağ yaranmışdır ki, istər daxili, istərsə də xarici qüvvələrin nəsə bir problem yaratmağı artıq real deyil. Çünki, bu birbaşa İlham Əliyevin ağıllı, uzaqgörən, adekvat addımları nəticəsində formalaşmışdır. İllər ərzində öz xalqına layiqincə rəhbərlik edən lider onun hər bir problemini həll etmək iqtidarındadır. Çünki, cənab Prezidentimiz ümummilli lider Heydər Əliyevin siyasi kursunu davam etdirməklə xalqla birlikdə olacağını çoxdan göstərmişdir.

Qeyd etmək lazımdır ki, ötən il II Qarabağ müharibəsi zamanı qəhrəman əsgərlərimizə layiqli sərkərdəlik edən müzəffər komandan həm də beynəlxalq arenada diplomatik savaş aparırdı. Demək olar ki, o, bu savaşda da öz əsgərləri kimi meydandan qalib ayrıldı. Buna görə də xalqla öz müttəfiqliyini əbədi edən ölkə başçısı xalqın vahid lideri olduğunu bir daha təsdiqlədi.

Lakin bu birliyi istəməyən qüvvələr yenə də mövcuddur və yenə də bizə daş atan həmin qüvvələrin soydaşlarımızdan istifadə etməsi təəssüf doğurur. Əslində Azərbaycan əleyhinə aparılan təbliğat və qarayaxma kampaniyasında düşmənlərimizə qoşulan bir neçə nankora soydaş demək də doğru deyil. Onlar elə qulluq etdikləri erməni, fransız, soros və s. sahiblərinin qanını daşıyırlar desək daha doğru olar. Onların çoxunu yaxşı tanıyırsız, sosial şəbəkələrin imkanlarından sui-istifadə edərək söyüş kampaniyası aparan bir sürü… Yox mən kimisə təhqir etmək istəmirəm, təhqir emosional vəziyyətdə insanlar üçün edilir. Bunlar həqiqi mənada təhqirə layiq deyillər.  

Zatən Qabili, Vidadi İsgəndərlini, Süleymanı bütün günü ağızlarından tökülən üfunətlə hamınız tanıyırsız. Bunlara Bakıdan İlham Əliyevin səxavət göstərib əfv etdiyi və vaxtilə Gürcüstanda alkaşlıq edən Əfqan Muxtarlı da qoşulub. Görünür kefli vaxtı sərhəddi qanunsuz keçdiyi və buna görə həbs edildiyi yadından çıxıb. Bu dəfə bunlar bir neçə başıpozuqla Berlin şəhərində Gürcüstan səfirliyi qarşısına yığışıblar ki, guya Gürcüstanda vəfat etmiş bir blogerin ölümündə günahkar Azərbaycan hakimiyyətidir. Mən sadəcə mərhumun ruhuna hörmət olaraq adını yazmıram, lakin yazsam da rəhmətliyi ictimai fəaliyyəti olan şəxs kimi tanımayacaqsınız. Deməli, “köhnə dostlar” yenə də “bir bəhanə” taparaq Azərbaycanda olan hakimiyyət-xalq birliyini gözdən salmaq istəyirlər. Adamlar başa düşmür ki, Qabilin, Orxanın, Süleymanın, ya da Vidadinin söyüş yağan ağzından camaat bezib və bunları heç kəs artıq adam yerinə qoymur.

Bunlar da abır-həya yox, azacıq utanan üz olsa Qarabağ müharibəsini yada salarlar, oradakı qəhrəmanlıqlıarı, ali baş komandana olan sevgi-məhəbbəti göz önünə gətirərlər. Qarabağdan söz düşmüşkən, Berlindəki Gürcüstan səfirliyi mitinqinin daha bir “qəhrəmanı”nı da qeyd etmək istərdim. Bu adam bir növü ev sahibi kimi aksiyanın təşkilinə dəstək verən Taryel Əliyevdir. Məlumata görə AND ya da DAS adlı demaqoq yığınının üzvüdür. Həmin adıçəkilən qaragüruh qrupun daha bir üzvü Məmməd Qarayev isə yenə də o baş-bu başa gedib qışqıraraq “insan hüquqları”, “siyasi məhbuslara azadlıq” qışqırırdı. Yazıq Məmməd, Taryel və yaxud Əfqan Muxtarlı anlamırlar ki, onların Berlinin küçələrində qışqırmağının yalnız boğazlarına ziyanı var. Qalan heç kəsə köhnə kişilər demiş, isti-soyuğu yoxdur.

Qarabağ məsələsilə bağlı Taryel Əliyevi deyirdim axı… Bu “nankor” həm də ölkədə vətən müharibəsi getdiyi vaxtda oğlunu əsgərlikdən yayındıraraq Almaniyaya aparmışdır. Hə də, bunlara görə vətən uğrunda döyüşməkdənsə, ölkənin hörmətli şəxslərini nüfuzdan salmaq daha məqbuldur. Lakin, bu bədbəxtlər onu anlamırlar ki, onlara pul verib qışqırdanlar sabah vətəndə onlara sahib çıxmayacaqlar. Onlar yalnız Azərbaycan qanunları qarşısında etdikləri əməllərə görə cavab verəcəklər. Azərbaycanı istəməyən qüvvələr bu adamlara nə qədər pul versələr də, onlar məşhur filmdəki kimi real güc (Azərbaycan qanunvericiliyi) qarşısında əyilib çökəcəklər.