Daha bir ölkədə qiyam: Ordu əməliyyata başladı

ABŞ Efiopiyanın şimalında mərkəzi hökumətə qarşı mübarizə aparan Tiqray qiyamçılarını dəstəklədiyinə dair iddiaları rədd edib.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-ın Əddis-Əbəbədəki səfirliyinin açıqlamasında bildirilib.

“ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) silahlı şəxslərə bilərəkdən və ya könüllü olaraq ərzaq yardımı göstərdiyi iddialarını rədd edir”, – açıqlamada qeyd olunub.

Efiopiya mətbuatında USAID-in Tiqray Xalq Qurtuluş Cəbhəsinin (TPLF) üzvlərinə humanitar yardım göndərdiyini yazıb. USAID-dən verilən açıqlamada isə Efiopiya vətəndaşları üçün göndərilən yardımın qiyamçılar tərəfindən ələ keçirildiyi iddia olunub.

Efiopiya ordusu 2020-ci ilin noyabrında qiyamçılara qarşı başladılan əməliyyatlarda qismən müvəffəqiyyət əldə etsə də, humanitar vəziyyəti əsas gətirərək iyunun 28-də Tiqrayın mərkəzindən – Mekelledən geri çəkilib. Təktərəfli atəşkəs elan edən hökumət TPLF-nin şimalda sürətlə irəliləməsindən sonra əks-hücuma keçib.