Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 29-da Əhmədbəyli-Füzuli-Şuşa Zəfər yolunda və Füzuli beynəlxalq hava limanında son tamamlama işləri ilə tanış olub.
Prezidentin iştirakı ilə Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində yenidənqurma işləri yekunlaşan “Qarabağ” hotelinin açılışı olub.
Bundan başqa dövlət başçısı Azərbaycan şairi və ictimai-xadimi Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinin təmir-bərpa və yenidənqurma işlərindən sonra açılışında iştirak edib.
Xalq artisti Bülbülün də ev-muzeyinin bərpa işlərindən sonra açılışı olub.
Görkəmli Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin heykəlinin açılışı mərasimi baş tutub.
Bundan əlavə, Şuşada yeni otel və konfrans mərkəzinin, habelə yaşayış massivinin təməli qoyulub.
turan.az