Səsləri Bundestaqın qarşısında batan nadanlara Bakıdan cavab

Azərbaycanın beynəlxalq əlaqələri inkişaf etdikcə düşmənlərimiz ciddi şəkildə narhat olmağa başlayırlar.  Qarabağ məsələsinə görə daim Rusiyadan üz çevirməyin əsassız olduğunu deyənlər Rusiyayla Azərbaycanın münasibətlərinin yaxınlaşmasına da qulp qoymaqdan çəkinmirlər. Guya Rusiya gələcək, müstəqilliyimiz əldən gedəcək və s. Lakin, bütün bunlara fikir verməyən Azərbaycanın siyasi hakimiyyəti Rusiyayla bərabər Qərb dünyasıyla da əlaqələrini çox diqqətdə saxlayır. Buna görə də erməni və digər düşmənlərimiz hər cür qarayaxmadan istifadə edərək uğurlarımıza kölgə salmağa cəhd göstərirlər.

Almaniyanın kansleri xanım Merkelin Bakıya planlaşdırlan səfəri zamanı da arxalarındakı himayəçilərdən qüvvət alan Orduxan və Tural cütlüyü Berlindəki qaragüruha istiqamət verməklə guya Merkeli Bakı səfərindən qaytaracaqdılar. Amma alınmadı. Çünki, Azərbaycan o qədər dəqiq, düzgün, hər şeyi ölçüb-bicilən siyasət aparır ki, bu 5-10 nəfər vətən şüvənin hay-küyü yalnız Reyxstaqın önündə eşıdilə bilərdi. Sadəcə təəssüf doğuran odur ki, yuxarıda adları çəkilən vətənşüvənlərə DAS adlı mənşəyi məlum olmayan təşkilat da qoşuldu. Burada isə “demokratiya” və “insan hüquqları” adı altında daim işçevirənlərə Tariyel Əliyev kimi atdığı addımdan xəbəri olmayan nadanlar da qoşulmuşlar. Əslində Berlin şəhərində  yaşayan T.Əliyev məhz təşkilatçılıqda əməlli-başlı dəridən-qabıqdan çıxmışdır. Görünür ermənilər və digər düşmənlərimiz tərəfindən maliyyələşdirilən bu aksiyaya qoşulan həmin şəxs başa düşmür ki, bu cür hərəkətlərin nəticəsi olaraq sabah Azərbaycanda qanun qarşısında cavab verəcək. O zaman isə onun harayına heç bir “demokrat” gəlməyəcək.

Lakin, qeyd olunan səfər yüksək səviyyədə baş tutdu və Azərbaycan daha bir beynəlxalq uğura imza ataraq faktiki Avropa İttifaqının liderinin Bakıya gəlişinə nail oldu. Bunu anlayanlar bilirlər ki, bu ciddi siyasi və beynəlxalq əhəmiyyətli uğurdur. Anlamayanlara isə sadəcə “allah hidayət versin” deyirik.

Vüsal