Bu gün Qırğızıstanın Milli Məclisi növbədənkənar sessiya keçirəcək.T
Vetenyukselish.az ASS-a istinadən xəbər verir ki, məlumatı Qırğızıstan parlamentinin Mətbuat xidməti yayıb.
Sessiyada respublikanın keçmiş prezidenti Almazbek Atambayevin tutulması ilə bağlı keçirilən əməliyyatdan sonra ölkədə yaranmış vəziyyət müzakirə olunacaq.
Qeyd edək ki, avqustun 7-də Almazbek Atambayevin tutulması ilə bağlı Koy-Taş kəndində yerləşən iqamətgahına respublikanın təhlükəsizlik orqanlarının əməkdaşları tərəfindən hücum olub. Son məlumata görə, qarşıdurma nəticəsində 52 nəfər yaralanıb, 1 nəfər ölüb.