Rusiyanın Arxangelsk vilayətində maye reaktiv hərəkətverici qurğusunun sınaqları zamanı “Rosatom” şirkətinin 5 əməkdaşı həlak olub, daha 3-ü yaralanıb.
Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda “Rosatom”dan bildirilib.
Fövqəladə hadisə Müdafiə Nazirliyinin hərbi poliqonunda baş verib. Hadisə ilə əlaqədar vilayətin qubernatoru İqor Orlovun rəhbərliyi altında komissiya yaradılıb.