Milliqehremanlar.az saytının təqdimat mərasimi keçirildi

Vətəndaş Təşəbbüsləri və İctimai Maarifləndirm İctimai Birliyi Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-hökumət Təşkilatlarına Dövlət dəstəyi Şurasının maliyyə yardımı ilə icra olunan “Milli qəhrəmanlar haqqında veb resursun yaradılması” layihəsi yekunlaşmaq üzrədir.

07 avqust tarixinidə Milli QHT Forumunun konfrans zalında Layihə çərçivəsində hazırlanmış www.milliqehremanlar.az saytının təqdimat mərasimi keçirilmişdir.

Tədbiri açan layihə rəhbəri Elşən Nağıyev layihənin icrası haqqında danışdı. O, bildirdi ki, layihənin məqsədi Birinci Qarabağ müharibəsi zamanı qəhrəmanlıqlar göstərərək Azərbaycan Respublikasının Milli qəhrəmanı adını almış şəxslərin xalq arasında tanıdılması üçün veb saytın yaradılmasından ibarətdir. Layihənin icrası zamanı Ağdam və Tərtər rayonlarında görüşlər keçirdiklərini və xeyli materiallar əldə edildiyini bildirdi. Milli qəhrəmanlar haqqında veb saytın yaradılmasının müharibə vəziyyətində olan bir ölkə üçün əhəmiyyətindən danışdı.

Daha sonra www.milliqehremanlar.az saytı tədbir iştirakçılarına təqdim edildi.

Tədbir İştirakçılarından Zair İbrahimov laihənin Milli qəhrəmanların tanıdılması üçün vacib olduğunu və gənclərin vətənpərvərlik  ruhunda inkişafına töhfə verəcəyini bildirdi.

 Regional İnsan Hüquqları və Media Mərkəzi İB nin sədri Xalid Kazımov Milli qəhrəmanlar haqqında veb saytın yaradılmasını müharibə zamanı qəhrəmanlıq göstərmiş vətəndaşlarımızın tanıdılmasının yeni qəhrəmalar yetişməsi baxımından mühüm olduğunu bildirdi və saytın fəaliyyətinin  uzun müddətli olmasını arzuladı.

 Ahıl Ziyalılara Qayğı İB nin sədri Nəsrulla Nurullayev Qarabağın azad olunması üçün bizim vətənpərvər gənclərə ehtiyacımızın olduğunu və saytın fəaliyyətə başlamasının gənclərə nümunə olacağını bildirdi.

Daha sonra Qadın Problemlərinin Tədqiqatları Mərkəzi İB nin sədri Sevil Allahverdiyeva saytın fəaliyyətinin Milli qəhrəmanlarımızın tanınması baxımından vacib olduğunu və saytın fəaliyyətə başlamasına görə layihə heyətinə təşəkkürünü bildirdi.