Bu gün mərhum yazıçı Mövlud Mövludun doğum günüdür.
Kult.az xatırladır ki, Mövlud Abdullayev 1989-cü ilin 15 avqustunda Qazax rayonunda anadan olub. O, Bakı Slavyan Universitetinin pedaqoji fakültəsini bitirib.
M.Mövlud yeniyetməlikdən ədəbi mühitin içində olub. “Azadlıq”, ”525-ci qəzet”, “Aydın yol”, “Teleqraf” kimi qəzetlərdə yazılarla çıxış edib. Bir neçə dəfə müsabiqələrdə yer tutub. Azərbaycan Yazıçılar Birliyinin üzvü olsa da, 2015-ci ildə ordan istefa verib.
Ömrünün sonlarına yaxın Teleqraf.com saytında redaktor kimi fəaliyyət göstərib.
Mövlud Mövlud jurnalist Sevinc Fədai ilə evli idi. Onların 2015-ci il təvəllüdlü oğlan övladı var.
Yazıçı 2017-ci il martın 16-da, 27 yaşında faciəli şəkildə vəfat edib.
Ölümündən sonra ”Çətirsiz” adlı hekayələr kitabı çap olunub.
Şair Elçin Aslangilin ideyası əsasında Mövlud Mövludun xatirəsinə həsr olunmuş “Çərpələngim şahiddir” adlı 4 dəqiqəlik qısametrajlı film çəkilib.