Daxili İşlər Nazirliyi Ağsu və Tərtərdə azyaşlı piyadaların ölümü ilə nəticələnən yol qəzaları barədə məlumat yayıb.
Vetenyukselish.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, avqustun 17-də saat 13 radələrində Ağsu şəhəri ərazisində Şamaxı rayon sakini E.Hacıyev idarə etdiyi “VAZ-21214” markalı avtomobillə yolu keçən Zərqava kənd sakini 4 yaşlı Nəzrin Məmmədovanı vurub. Uşaq xəstəxanaya aparılarkən yolda ölüb.
Oxşar hadisə avqustun 17-də saat 17 radələrində Tərtər rayonu ərazisində də baş verib. Şəhər sakini M.Abdullayev idarə etdiyi “Opel” markalı avtomobillə yolu keçən 6 yaşlı Pünhan Sadıqovu vurub. Piyada xəstəxanaya aparılarkən yolda ölüb.
Tərtər RPŞ tərəfindən araşdırma aparılır.