Müstəqillik başlıca olaraq mənəvi duyğu, mahiyyətdə isə millətin sərbəst və müstəqil öz müqəddəratını həll etməsidir. Bu, eyni zamanda öz idarəetmə formasını müəyyən etmək, bir sözlə öz taleyi üzərində söz sahibi olmaq hüququdur. Müstəqillik millətin, həmin millətə mənsub dövlətin öz əhalisi tərəfindən hürr və azad şəkildə idarə edilə bilməsi, suverenlik hüququnun başqa bir millətə mənsub olmamasıdır. Fərdlər üçün isə millət kimi müstəqil olmağı düşünmək milli özünüdərkin milli şüur səviyyəsində elə bir yüksəlişidir ki, millət onun uğrunda çarpışır, hətta ölməyə də razı olur. Müstəqilliyi quranlara, onu gerçəkləşdirənlərə yalnız müstəqillik duyğusunun verdiyi güc, mənəvi həzz, fərəhin yetməsinə baxmayaraq bəşər tarixi məhz onların mübarizə salnaməsi kimi təcəssüm edir. Bu mənada müstəqillik uğrunda verilən mübarizədə gedilən yol və çəkilən əzab milli şüurda silinməz izlər buraxır.
Azərbaycanın uğuru budur ki, onun müstəqilliyi üçün candan keçməyə on minlərlə oğlu, qızı var. Amma təəssüf ki, bəzən bu müqəddəs amalı şəxsi məqsədləriən qurban verənlər də tapılır. Bunlara konkret nümunələr də göstərmək mümkündür. Məsələn, vətəndaş cəmiyyətinin təmsilçisi iddia edən Xədicə Eyvazova. Bu xanım fəaliyyətində daim obyektivlikdən uzaq bir mövqe nümayiş etdirməklə məşğul olub. Bu mənada təsadüfi deyil ki, sosial şəbəkələrdə, rəhbərlik etdiyi saytda yalnız qarayaxmalara rast gəlmək mümkündür. Aydındır ki, bunu kimlərinsə şəxsi maraqları üçün edir və əvəzində Azərbaycana qarşı olan həmin qüvvələrdən müəyyən maddi dəstək də alır. Dünyanın harasında yaşayırsan-yaşa, kim olursan ol, öz dövlətinə pislik edib, əleyhinə təbliğat aparmaq olmaz. Azərbaycan bizim dövlətimizdir. Amma Xədicə Eyvazova üçün bu keçərli deyil, o, pul müqabilində erməni lobbisinə belə can-başal xidmət etməyə hazır olduğunu artıq əməllrində isbata yetirib.
Eyni fikirləri http://bizimtribuna.info-nun rəhbəri Fəridə Hüseynova barədə də səsləndirmək mümkündür. Onun da fəaliyyətinə nəzər saldıqda aydın olur ki, düşmən qoruduğu bu antimilli şəxsdən Azərbaycan əleyhinə istifadə etməkdədir. İstifadə də Azərbaycana qara yaxmaqdan əlavə, milli dəyərləri, ölkədəki layiqli insanları söydürməkdən ibarətdir. Jurnalistik fəaliyyət ilə məşğul olduğunu iddia edən Fəridə xanım jurnalistika dəyərlərindən kənar düşüb iftira kampaniyasının önündə gedənlər sırasında yer alır.
Özünü molla kimi aparan Lamiyyə Əhəmdova isə dövlətimizə qarış qarayaxma üzrə sözün əsl mənasında ixtisaslaşıb. 3 uşaq anası olan bu xanım uşaqlarını tərbiyə etmək əvəzinə gününün əsas hissəsini sosial şəbəkələrdə keçirib Azərbaycana şər-böhtan atmaqla məşğuldur. Xaricdə yaşayan bu xəyanətkar heç vaxt milli maraqlar baxımından fikirlər səsləndirməyib. Pisxi durumu normal olmayan, hərəkətlərini belə tənzimləyə bilməyən Mehri Nəsibova da digərlərindən geri qalmır. Evdə xanımlıq etmək əvəziən o da sosial şəbəkələrdə saxta qəhərəmanlıqla məşğul olub Azərbaycana qarşı iftira kampaniyası aparır.
Şəxsi maraqları, pul naminə ölkəmizə qarşı olanların əlində alət olan bu insanlara Azərbaycan xanımı deməyə adamın dili də gəlmir. Çünki onların ölkəmizə qarşı etdikləri ermənilərin əməllrindən qətiyyən fərqlənmir və sırf Azərbaycana qarşı düşmənçilik üzərində qurulub. 3-5 manat müqabilində sosial şəbəkələrdə milləti, dövləti alçatmaqla məşğul olanlara başqa ad vermək də mümkün deyil. Onlar “siyasi mühacir” biznesinin əsas fiquru olan AXCP sədri Əli Kərimlinin, saxtakarlıq üzrə ixtisaslaşan Qənimət Zahidin, yalançılıq və dələduzluqda ad çıxaran Orduxan Teymurxanın, Tural Sadiqlinin faktiki əlaltılarıdır. Bu insanlar Azərbaycan çörəyinə naxələf çıxıblar. İndi də Azərbaycandan gedib xarici ölkələrdə yaşayan, xüsusən də Avropa ölkələrinə sığınan bu əməli yalançılıqdan ibarət olan qadınlar ordan ölkəmizə qarayaxma kampaniyaları aparmaqda davam edirlər. Burada yaşayarkən hansısa basqıya, təzyiqə məruz qaldıqlarını deyən bu şəxslər, əslində hansısa təzyiqə məruz qalmayıblar. Sadəcə, Avropada yaşamaq eşqi bu insanların Vətəndən getməsinə vəsilə olub. Avropa ölkələrində artıq onlar ölkəmizə qarşı qüvvələrin əlində alətə çevriliblər. Amma belələrinin son umütləq şəkildə iflasa məhkumdur..
Nihad İBARHİMLİ