Azərbaycanın Milli qəhrəmanları haqqında veb portal yaradılacaq

15 may 2019 cu il tarixindəVətəndaş Təşəbbüsləri və İctimai Maarifləndirmə İctimai Birliyi  Azərbaycan Respublikası Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Milli qəhrəmanlar haqqında veb resursun yaradılması” layihəsinin icrasına başlamışdır.

Məlumdur ki, 1988 ci ildən başlayaraq mənfur qonşumuz ermənilər ölkəmizə qarşı ərazi iddiası irəli sürərək, tarixi Azərbaycan ərazisi olan Dağlıq Qarabağda etnik təmizləmə aparması, müharibənin başlanmasına səbəb oldu. Minlərlə dinc sakin vəhşicəsinə qətlə yetirildi. Bir miliyon Azərbaycan vətəndaşı qaçqın vəziyyətinə düşdü. Nəticədə Dağlıq Qarabağ və ətrafındakı yeddi rayon işğal edildi və hazırda da bu torpaqlar işğal altında saxlanılır. Bu müharibə zamanı, torpaqlarımız uğrunda gedən döyüşlərdə 20 mindən artıq əsgərimiz şəhid olmuş, xeyli sayda insan yaralanaraq, sağlamlığını itirmiş və əlil olmuşdur.

Müharibədə şəhid olmuş qəhrəmanlarımız haqqında çoxlu sayda filmlər, verlişlər çəkilir və mətbuatda onların qəhrəmanlıqlarından bəhs edilsə də, onların yeniyetmə və gənclər arasında tanıdılmasına ehtiyac vardır. Bu baxımdan bu layihənin icrası və milli qəhrəmanlarla bağlı  internet resursun yaradılması onların insanlar tərəfindən tanınmalarına yardım edəcəkdir.

Layihənin müddəti üç aydır. Bu müddətdə qəhrəmanlarımızla bağlı materiallar toplanacaq və Layihənin sonunda milli qəhrəmanlarımız haqqında veb sayt hazır olacaq və KİV in iştirakı ilə  ictimaiyyətə təqdim ediləcəkdir

Vətəndaş Təşəbbüsləri və İctimai Maarifləndirmə İB nin mətbuat xidməti

Bakı                                                                                           15 may 2019