Tarix xəyanətkarları bağışlamır

Məlum olduğu kimi, Prezident İlham Əliyev Brüsselə işgüzar səfəri zamanı Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” Proqramının işə salınmasının 10 illiyi münasibətilə ilə təşkil olunmuş bayram tədbirində, Avropa Komissiyasının sədri Jan-Klod Yunkerin hamiliyi ilə keçirilən konfransda, ölkəmizin Belçika Krallığındakı səfirliyinin yeni binasının açılışında iştirak edib. Kifayət qədər işgüzar proqram ilə zəngin səfər zamanı dövlət başçımızın Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk, Belçikalıların Kralı Əlahəzrət Filip ilə görüşü də diqqət çəkən məqamlardan, dövlət başçımıza olan münasibətdən, cənab Prezidentin nüfuzundan xəbər verirdi. Bütün bunlar düşmən tərəfi və onların havadarlarını, xüsusilə erməni lobbisini narahat etməyə bilməzdi. Erməni lobbisi və onları dəstəkləyən beynəlxalq güclər anti-Azərbaycan layihələrini dərhal işə saldılar. Onlar  müxtəlif vasitələrlə ələ keçirdikləri milli satqın Orduxan və onun ətrafına toplaşmış 3-4 başıpozuq vasitəsi ilə Brüsseldə prezidentimizə, nümayəndə heyətimizə, bütövlükdə isə dövlətimizə qarşı çirkin kampaniyaya başladılar. Orduxan və onun kimilərin, məsələn, erməni dəyirmanına su tökən Mirməhəmməd Hüseynovun Azərbaycana faktiki heç bir aidiyyatı yoxdur. Əslən Qarabağdan olan, Orduxan kimi satqınçılıq xəstələyinə tutulan Mirməhəmməd Hüseynov fəaliyyəti ilə faktiki olaraq erməni dəyirmanına su tökməklə məşğuldur. O, ölkəsinə qarşı hər təxribat, tərbiyəsizlik edir. Məhz bu səbəbdən belə xəyanətkarın hüquqi müstəvidə müvafiq cəzasını alması məqsədəuyğun olardı. Azərbaycanın uğurları, ərazi bütövlüyü əməsəəlsində  rəsmi Bakının prinsipiallığı Mirməhəmməd Hüseynov kimilərinarazı salır, onu və onun kimiləri ölkəmiz əleyhinə  fəaliyyətə gətirir. Deməli sadə bir məntiqlə bu satqın erməni lobbisinin nökər olduğunu, onların sifarişlərini icra etdiyini bir daha göstərmiş olur.

Durna Adıgözəlova