Türkiyə XİN rəhbəri Azərbaycana səfər edəcək

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycana səfər edəcək.

Bu barədə Trend-ə diplomatik qaynaqlardan daxil olan məlumatda bildirilir.

Məlumata əsasən M.Çavuşoğlu Azərbaycanda rəsmilərlə görüşəcək və Qoşulmama Hərəkatının iclasında iştirak edəcək.

Qeyd edək ki, Bakıda 25-26 oktyabrda Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının 18-ci Zirvə Görüşü keçiriləcək.