Millət vəkilləri tələbənin yasına getdi

Millət vəkilləri Aydın Mirzəzadə, Azər Badamov və Eldəniz Səlimov bir neçə gün əvvəl BDU-nun yataqxanasında zəhərlənmədən dünyasını dəyişən Şəkər Xasmətovanın yas mərasimində iştirak edib.

“Bu gün Milli Məclisin deputatları – Azər Badamov, Eldəniz Səlimov və mən Qusar rayonunun Xurel kəndinə getdik.

Vətənyüksəliş.az xəbər verir ki, bu barədə məlumatı A.Mirzəzadə Feysbuk hesabında qeyd edib:

Bir neçə gün əvvəl zəhərlənmədən dünyasını dəyişən Bakı Dövlət Universitetinin IV kurs tələbəsi Şəkər Faiq qızı Xasmətovanın yas mərasimində iştirak etdik, ailəsinə və yaxınlarına başsağlığı verdik.

Şəkər öz həmkəndlisinə nişanlı imiş, təcili yardım həkimi getdikdən sonra nişanlısı ilə telefonla danışır, başının ağrıdığını bildirir. Nişanlısı təcili Bakıya gəlmək istəsə də, Şəkər razı olmur.

Şəkər universiteti bitirdikdən sonra ixtisası üzrə öz kəndlərindəki orta məktəbdə fizika müəllimi işləmək arzusunda imiş”.

Oxşar xəbərlər

Xəbər lenti

DAHA ÇOX XƏBƏR

Yuxarı© Publika.Az 2019Bakı şəhəri, Binəqədi rayonu,
S.S.Axundov küçəsi 31/23
(+994 12) 464-61-74, 464-61-75, 464-61-76

×