Dünyada bir ilki Azərbaycan etdi – 5 yaşlı uşağın üzərində iki mürəkkəb əməliyyat

Dünyada bir ilki Azərbaycan etdi.

Trend-in məlumatına görə, Mərkəzi Gömrük Hospitalında ürək-damar cərrahları ilə birgə, 5 yaşlı uşağın üzərində eyni seansda iki mürəkkəb əməliyyat baş tutub.

Belə ki, 13 noyabr tarixində hospitalda 5 yaşlı pasiyentin üzərində eyni seansda Dr. Rəşad Mahmudovun rəhbərliyi altında ürək-damar cərrahları tərəfindən koronar by-pass əməliyyatı və Dr. Mircəlal Kazıminin komandası tərəfindən qaraciyər transplantasiyası əməliyyatı həyata keçirilib.

Dünyada ilk dəfə icra olunan unikal əməliyyat uğurla baş tutub.