Ümumdünya Səhiyyə Təşkilatının direktoru Tedros Adhanom Qebreyesus Çində ortaya çıxan və bütün dünyaya yayılmaqda olan koronavirusla bağlı yeni açıqlamalar verib.
Direktorun danışarkən anidən öskürməyə başlaması toplantıda gərginliyə səbəb olub.
Qebreyesus çıxışını yarıda kəsib. Daha sonra bir fincan su içərək boğazını arıtlayan direktor ölüm səssizliyi çökən salona “qorxmayın, korona deyil” deyərək gülümsəyib.
Qeyd edək ki, Tedros Adhanom Qebreyesus 1 həftə əvvəl Çinə səfər etmiş və Prezident Si Cinpinlə görüşmüşdü.