Ermənistanın paytaxtı Yerevan şəhərində maşın alverçiləri hökumət binası qarşısında aksiya keçiriblər.
Vəənyüksəliş.az erməni KİV-lərinə istinadən bildirir ki, aksiyanın təşkilatçısı Tiqran Ovannisyan jurnalistlərə tələblərini çatdırıb.
“Ötən il biz maşın sifariş etmişdik, maşınlar olan konteyneri boşaltmadılar. Yanvarın 31-dək 300-ə yaxın maşın bazara buraxılmayıb. Onların hamısı gömrük məntəqəsindədirlər. Biz 300 maşının idxalı üçün baş nazirə məktub da yazdıq. Biz artıq üç həftədir cavab gözləyirik”, – əlavə ediblər.