Türkiyə XİN başçısı Bakıya gəldi

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycana gəlib.

O, bu barədə “Twitter” hesabında yazıb.

M.Çavuşoğlu Türk Şurasına üzv dövlətlərin xarici işlər nazirlərinin Bakıda keçiriləcək növbədənkənar toplantısında iştirak edəcək.

*   *   *15:32

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu fevralın 6-da Bakıda keçiriləcək Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) üzv ölkələrinin xarici işlər nazirlərinin növbədənkənar iclasında iştirak etmək üçün Azərbaycana səfər edəcək.

Trend bu barədə Türkiyə Xarici İşlər Nazirliyinə istinadən məlumat verir.

Məlumatda qeyd olunub ki, Türk Şurası üzvləri – Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Özbəkistanın xarici işlər nazirləri, eləcə də müşahidəçi ölkə Macarıstanın xarici işlər və ticarət naziri Türk Şurasının gündəmində olan təxirəsalınmaz məsələləri müzakirə etmək üçün görüşəcəklər.