Kürdəmirdə əkin sahəsindən 20 minlik oğurluq

Kürdəmirdə əkin sahəsindən oğurluq olub.

Hadisə fevralın 3-də qeydə alınıb.

MMC-lərdən birinə məxsus əkin sahəsindən suvarma sistemlərinin 20.000 manat dəyərində 2 ədəd mühərriki, 63 ədəd çiləyicisi və 69 metr mis naqili oğurlanıb.

Oğurluqda şübhəli bilinənlər – Kürdəmir rayon sakinləri Ə.Mürsəlov, E.İbrahimov və bir yeniyetmə saxlanılıblar.