Dünən Bakı Apelyasiya Məhkəməsində Beynəlxalq Bankın sabiq rəhbəri Cahangir Hacıyev, sabiq millət vəkili Dünyamin Xəlilov və digərlərinin apelyasiya şikayətinə baxılıb.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Həsən Əhmədov C.Hacıyevin cəzasını 3 ay azaldıb. Qərara əsasən, C.Hacıyev üzərində 16 il 3 ay azadlıqdan məhrumetmə cəzası saxlanılıb.
Buna səbəb qanunvericiliyə edilən dəyişikliklərdir. Belə ki, dəyişikliklərə görə, Cinayət Məcəlləsinin 179-cu maddəsində nəzərdə tutulan cəzanın yuxarı həddi aşağı salınıb.
C.Hacıyevlə birgə təqsirləndirilən şəxslər barəsindəki hökm isə dəyişdirilmədən saxlanılıb.