Nura toy qiymətlərini endirdi – Koronavirusa görə

Müğənni Nura Suri koronavirusla bağlı təqdirəlayiq addım atıb. 
AZXEBER.COM xəbər verir ki, müğənni karantin bitdikdən sonra toy və reklam qiymətlərinə 50% endirim edib. 
Sənətçi bu addımını belə izah edib. “Bu çətin dönəmdə qiymət qaldırmaq düzgün deyil. Mən də xalqımı düşünərək bütün toy, xına və reklam qiymətlərimi 50% endirim edirəm.” 
Qeyd edək ki, koronavirusla əlaqədar ölkədə karantin rejimi elan edilib.