İtaliyada son 24 saat ərzində COVID-19 virusuna yoluxmuş 889 nəfər vəfat edib. Vətənyüksəliş.az xəbər verir ki, ümumilikdə koronavirusdan ölənlərin sayı 10023-ə çatıb.
Son 24 saat ərzində 5974 yeni yoluxma faktı qeydə alınıb ki, bununla da ümumilikdə virusa yoluxanların sayı 92474-ə yüksəlib.
Koronavirusun ən çox yayıldığı Lombardiya əyalətində son sutka ərzində 542 ölüm faktı qeydə alınıb.