İcazəsiz evdən çıxanlara ilkin olaraq xəbərdarlıq ediləcək

Sabahdan etibarən Azərbaycan ərazisində hərəkət məhdudlaşdırılır. Bu durumda vətəndaşları maraqlandıran suallardan biri də icazəsiz yaşayış yerini tərk etdikdə cərimə olunub-olunmamaları ilə bağlıdır.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, müvafiq icazə olmadan evdən çıxan vətəndaşlar evə qayıtmaqla bağlı polisin tələbini dərhal, sözsüz yerinə yetirdikdə onlar cərimə olunmurlar.

Həmin şəxslərə yalnız xəbərdarlıq edilir.