Futbol üzrə Çempionlar Liqasının finalı 3 avqustdan gec olmayaraq keçirilməlidir.
Trend-in məlumatına görə, bunu Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) prezidenti Aleksander Çeferin deyib.
A.Çeferin bildirib ki, Turniri eyni formatda davam etdirmək və ya hər dəfə bir oyun keçirmək olar:
“Hal-hazırda, bütün bunlar bir nəzəriyyədir, çünki vəziyyət fövqəladədir, lakin Çempionlar Liqası avqustun 3-dən əvvəl başa çatmalıdır”.
A.Çeferin qeyd edib ki, Çempionlar Liqası və Avropa Liqasının qalan matçlarını may, iyun və iyul aylarında necə keçirəcəyimiz üzərində işlər aparılır.