Türkiyə ordusu şəhid verdi

Türkiyə ordusunun kapitanı antiterror əməliyyatı zamanı şəhid olub.

Publika.az xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan məlumat verib.

O bildirib ki, Qarş şəhərinin Kağızman rayonunda əməliyyat zamanı jandarma kapitanı Ferhat Çiftçi həyatını itirib.

“29-30 aprel tarixlərində jandarma qüvvələrinin iştirakı ilə həyata keçirilən hava əməliyyatı zaman 7 terrorçu zərərsizləşdirilib. Həmçinin ərazidə yerləşən qruplaşma tamamilə məhv edilib”, – deyə Daxili İşlər Nazirliyi də məlumat yayıb.