Polşada yaşayan vətəndaşlarımıza müraciət edildi

AZAL Azərbaycanın Polşadakı səfirliyinə təxliyyə üçün müraciət etmiş bu ölkədə olan vətəndaşlarımıza müraciət edib.

Bu barədə Publika.az-a Azərbaycan Respublikasının Polşa Respublikasındakı Səfirliyindən məlumat verilib.

AZAL-dan yazılı olaraq bildirilmiş məlumata əsasən, bu yaxınlarda həyata keçirilməsi nəzərdə tutulan təxliyyə üçün Varşava-Bakı reysi üzrə uçuş biletinin məbləği 350 ABŞ dolları təşkil edəcək.