“Malariyanın müalicəsi zamanı istifadə olunan hidroksiklorokin dərmanından bir neçə həftədir koronavirusa qarşı istifa edirəm”.
Publika.az Türkiyə KİV-ə istinadla xəbər verir ki, bunu Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Tramp qida sənayesinin və restoranların rəhbərləri ilə Ağ Evdə təşkil edilən “dəyirmi masa”da jurnalistlərin suallarını cavablandırdığı zaman deyib.
O bildirib ki, hidroksiklorokini özü seçib. Həkimlər isə onun seçiminə etiraz etməyiblər.