“Aprel şəhidləri unudulmur” mövzusunda tədbirlər və internet saytın yaradılması layihəsi uğurla başa çatdı

20.06.2020 ci il tarixində Vətəndaş Təşəbbüsləri və İctimai Maarifləndirmə İctimai Birliyi Azərbaycan Respublikası Prezideni Yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Aprel şəhidləri unudulmur” mövzusunda tədbirlər və internet saytın yaradılması layihəsinin icrası 20.09.2020 tarixində başa çatmışdır.

Layihənin məqsədi 2016-cı il Aprel döyüşləri zamanı şəhid olmuş qəhrəmanlarımızı cəmiyyətə tanıtmaq üçün onlar haqqında veb saytın yaradılmasıdır.

 Veb-saytda üç il müddətində Aprel döyüşlərində şəhid olan qəhrəman əsgərlərimiz Azərbaycan cəmiyyətinə tanıdılacaq və onların vətən uğrunda gedən döyüşlərdə göstərdikləri qəhrəmanlıqlar haqqında ictimai məlumatlandırma təmin ediləcək.

Layihə çərçivəsində yaradılmış Shehidler-2016.az saytı artıq fəaliyyətə başlayıb və uğurla fəaliyyət göstərir.