Uşaq Hüquqlarını Müdafiə Liqası Covid-19 virusu ilə bağlı layihənin icrasına başladı

20.09.2020 tarixindən Uşaq Hüquqlarını Müdafiə Liqası, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “COVID-19 la bağlı dezinformasiyanın qarşısını almaq üçün  monitorinq tipli veb sayt və sosial şəbəkə səhifələrinin yaradılması” layihəsinin icrasına başlamışdır.

Məlumdur ki, dünyanı cənginə almış Covid 19 virusu ölkəmizdən də, yan keçməmişdir. Virusa yoluxanların sayı günü gündən artmaqda davam edir. Lakin virus haqqında dolaşan şaiə və saxta xəbərlər insanların bu virus haqqında yanlış məlumatlar almasına gətirib çıxarır. Bu baxımdan insanların bu barədə məlumatlandırılmasın ehtiyac vardır.

Layihənin əsas məqsədi  COVID-19 təhlükələri barədə məlumatlılığı artıracaq, insanlar arasında dolaşan şaiə və saxta xəbərləri təkzib edəcək, əhalidə lazımi profilaktik tədbirləri haqqında və  xaricdən gələn Azərbaycan vətəndaşları barəsində məlumat yayacaq veb sayt və sosial mediada səhifələrin yaradılmasıdır.

Layihənin müddəti 2 aydır.