Norveçdə COVID-19 əleyhinə
peyvənd olunmuş iki şəxs vəfat edib. “Report” xəbər verir ki, bu barədə
ölkənin Dərman Vasitələri Agentliyi bildirib.
“Yanvarın 5-də biz peyvənd edilmədən bir neçə gün sonra ölmüş iki şəxs barədə xəbər aldıq”, – məlumatda deyilir.
Norveçdə
Amerikanən “Pfizer” şirkəti və onun alman partnyoru “BioNTech”
tərəfindən istehsal edilmiş preparatdan istifadə ilə vaksinləmə ötən
ilin 27 dekabrında başlayıb.
Ölkədə ilk olaraq
Oslodakı qocaların evinin sakinləri peyvənd edilib. Hakimiyyət orqanları
ölüm hallarının vaksinləmə ilə bağlı olub-olmadığını araşdırmağa
başlayıb.
“Biz peyvəndin ölüm səbəbi olmasını
və ya ölümün vaksinləmədən tezliklə sonra təsadüfən baş verdiyini təhlil
etməliyik”, – agentliyin nümayəndəsi deyib. Onun sözlərinə görə, indi
sağlamlığının zəif olduğu və ya ciddi xəstəliklərdən əziyyət çəkən risk
qruplarından olan insanlar peyvənd edilirlər.