İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım Şurasının onlayn formatda iclası keçirilib.
Qurumdan
“Report”a bildirilib ki, iclasda İctimai Televiziya və Radio Yayımları
Şirkətinin Baş Direktoru Balakişi Qasımovun təqdimatına əsasən, bəzi
vəzifələr üzrə kadr təyinatı və struktur dəyişiklikləri müzakirə edilib.
Yayım
Şurasının qərarı ilə Dadaşov Əfsər Əziz oğlu İctimai Televiziya və
Radio Yayımları Şirkəti Mərkəzi Aparatının rəhbəri, Doluxanov Fikrət
Elxan oğlu isə İnformasiya departamentinin direktoru vəzifələrinə təyin
edilib.
Eyni zamanda B.Qasımovun yeni əmrlərinə
əsasən, Vəliyev Əliəsgər Vəli oğlu və Seyidov Mehmandar Ənvər oğlu
İctimai Televiziya və Radio Yayımları Şirkətinin Mərkəzi Aparat
rəhbərinin müavinləri təyin ediliblər.
Qeyd
edək ki, iqtisad elmləri namizədi olan Əfsər Dadaşov bundan əvvəl
Azərbaycan Texniki Universitetində müxtəlif vəzifələrdə çalışıb. Fikrət
Doluxanov isə İctimai Televiziya və Radio Yayımları Şirkətinin
Beynəlxalq Əlaqələr departamentinin böyük mütəxəssisi olub. Əliəsgər
Vəliyev yeni təyinata qədər Şirkətin İnformasiya departamentinin
direktoru, Mehmandar Seyidov isə Hüquq departamentinin direktoru
vəzifəsində çalışıb.
Xatırladaq ki, bu günə
qədər bir çox yeniliklərlə diqqət çəkən İctimai Televiziya və Radio
Yayımları Şirkətində aparılan kadr təyinatı və struktur dəyişikliyi iş
əmsalının yüksəldilməsinə xidmət edir.