Prezident İlham Əliyev “Banklar haqqında qanun”da dəyişiklik edilməsi barədə qanunu imzalayıb.
“Report”
xəbər verir ki, dəyişikliyə əsasən, bundan sonra kapitalını itirmiş
bankın nizamnamə kapitalının məbləği 1 manata endiriləcək və bank bu
qiymətə satın alına biləcək.
İndiyə qədər sözügedən məbləğ 1,1 manat (ləğv olunmuş şərti maliyyə vahidi qədər) idi.