Koronavirusa qarşı peyvənd ətrafında davam edən nikbinliklə əlaqədar ABŞ dolları əksər əsas qlobal valyutalara qarşı zəifləyir.
“Report” “Prime”yə istinadən xəbər verir ki, bunu sövdələşmə məlumatları göstərir.
Bakı
vaxtı ilə saat 14:28-ə olan duruma görə, avronun dollara nisbətən
məzənnəsi əvvəlki bağlanış səviyyəsi olan 1,2248-dən 1,2281-ə yüksəlib.
Dolların yenə nisbəti əvvəlki 103,1 səviyyəsindən 102,81-ə düşüb. Dollar
indeksi (ABŞ-ın əsas ticarət tərəfdaşları olan altı ölkənin valyuta
səbətinə qarşı dollar nisbəti) 0,22 % azalaraq 89,67 bəndə düşüb.
Dollar
artıq ardıcıl dördüncü ticarət sessiyasında əsas dünya valyutalarına
qarşı enməyə davam edir. Bundan əvvəl dollar indeksi 2018-ci ilin
aprelindən bəri ən aşağı həddə çatıb. Treyderlərin koronavirusa qarşı
peyvəndin tətbiqi ilə əlaqədar qlobal iqtisadiyyatın bərpası ilə bağlı
ümidləri də ABŞ valyutası üzərində təzyiq yaradır.