ABŞ hökuməti İrana qarşı
məhdudlaşdırıcı tədbirlər çərçivəsində bir sıra İran və xarici ölkə
şirkətlərini sanksiya siyahısına daxil edib.
“Report”
xəbər verir ki, ABŞ-ın Xarici Aktivlərə Nəzarət Ofisi (OFAC) İranın 12
polad istehsalçısı müəssisəsinə, ölkənin metal və mədən şirkətlərinin
ixracat işlərində vasitəçi olan “GMI Projects Hamburg GmbH” (Almaniya),
“World Mining Industry Co., Ltd” (Çin), “GMI Projects Ltd” (Böyük
Britaniya) şirkətlərinə, habelə İranın polad sənayesini qrafit
elektrodları ilə təchiz edən Çinin “Kaifeng Pingmei New Carbon Materials
Technology Co. Ltd” (KFCC) şirkətinə qarşı sanksiya tətbiq edib.