Azərbaycan Respublikasında
koronavirus (COVID-19) infeksiyasına 685 yeni yoluxma faktı qeydə
alınıb, 1931 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər
Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19
üçün götürülən analiz nümunələri müsbət çıxmış 27 nəfər vəfat edib.
İndiyədək
ölkədə ümumilikdə 222 885 nəfərin koronavirus infeksiyasına yoluxması
faktı müəyyən edilib, onlardan 203 527 nəfər müalicə olunaraq sağalıb, 2
845 nəfər vəfat edib, aktiv xəstə sayı 16 513 nəfərdir.
Son
sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9
915, ötən müddət ərzində isə ümumilikdə 2 241 908 test aparılıb.