Avropa Komissiyası koronavirusa qarşı Moderna vaksininin Avropa Birliyi ölkələrində istifadəsini təsdiqləyib.
Bu barədə Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayenin bəyanatında deyilir.
“Biz
Pfizerdən sonra Moderna vaksininin Avropada istifadəsini təsdiqlədik.
İlkin mərhələdə 80 milyon dozanın tədarükü nəzərdə tutulur”, – bəyanatda
qeyd olunur.