Qarabağ bölgəsində aparılan
axtarışlar nəticəsində daha 14 erməni hərbçinin cəsədinin qalıqları
tapılıb. Bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
Cəsədlər Zəngilan rayonu ərazisində aşkar edilib. Axtarış işlərinin davam etdiriləcəyi bildirilib.
Qeyd edək ki, ümumilikdə isə 2020-ci ilin noyabr ayının 13-dən bəri döyüş bölgəsindən 1211 erməni cəsədi götürülüb.