Səfərbərlikdən tərxis
edilmiş şəxslərin qəbulunun keçirilməsi, onların müraciətlərinə vaxtında
və obyektiv baxılmasının təmin edilməsi məqsədilə Müdafiə nazirinin
müvafiq əmrinə əsasən komissiya yaradılıb.
Nazirlikdən
verilən məlumata görə, bu kateqoriyadan olan şəxslərin qəbulu və
müraciətlərinə baxılması yanvarın 11-dən başlayaraq (bazar günü istisna
olmaqla) saat 09:00-dan 18:00-dək Silahlı Qüvvələrin Təlim və Tədris
Mərkəzində (Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsi
76) həyata keçiriləcək.
Komissiyaya müraciət
edən şəxslərin nəzərinə çatdırırıq ki, hərbi hissənin ərazisinə məlumat
daşıyıcıları və digər cihazlar ilə daxil olmaq qadağandır.
Bildiririk
ki, koronavirus (COVID-19) pandemiyasının yayılmasının qarşısını almaq,
hərbi qulluqçuların və mülki şəxslərin sağlamlıq təhlükəsizliyini təmin
etmək məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq
qərar və tövsiyələrinə (maskadan istifadə olunması, əllərin müvafiq
məhlulla dezinfeksiya edilməsi, sosial məsafənin saxlanılması və s.)
ciddi riayət olunmalıdır.