Prezident İlham Əliyev
ümummilli lider Heydər Əliyevin ölkədə azad mətbuatın inkişafı sahəsində
müəyyən etdiyi siyasəti uğurla davam etdirir.
Ölkə
daxilindəki mətbuata göstərilən diqqət xarici mətbuata da
göstərilməkdədir. Prezidentimiz dəfələrlə xarici ölkələrin televiziya
kanallarının, qəzetlərinin jurnalistləri ilə görüşmüş və müsahibələr
vermişdir. ”Əl-Ərəbiyə”,”A Haber”,”NTV”,”France 24”,”Haber
Global”,”RBK”,”TASS”kimi məşhur televiziya kanalları,”Figaro”,”Nikkei”
qəzetlərinə verilmiş müsahibələr bunun bariz sübutudur.Mövcud şəraitlə
ələqədar olaraq həqiqət və reallıqların dünyaya çatdırılmasına xidmət
edən müsahibələr mühüm rola malikdir.
Cari ilin
21 oktyabr tarixində Prezident cənab İlham Əliyevin “Nikkei” qəzetinə
müsahibəsi baş tutdu.Dağlıq Qarabaö problemi,xarici ölkələrin
münaqişənin həlli yolunda atdığı və atacağı addımlar,28 illik tarixi
zaman kəsiyində münaqişənin həlli yolunda aparılan danışıqlar,qarşı
tərəfin münaqişədə mövqeyi,sülh danışıqları və digər məsələlər haqqında
sualları cavablandıran liderimiz qətiyyətini ilk gündə olduğu kimi
sərgilədi.
Hər zaman beynəlxalq hüquq normaları
çərçivəsində addım atan Azərbaycan atəşkəs,müharibə qaydalarına əməl
etməyə davam edir. Nəinki mülki şəxslər,hətta mülki obyektlər belə
hədəfə alınmır. Lakin qarşı tərəf öz xislətini göstərir,iki dəfə ikinci
böyük şəhər Gəncəni ballistik raketlərdən atəşə tutmaq,Tərtər şəhərini
raketlərlə dağıtmaq,mülki əhaliyə,ailələrin sıx yaşadığı əraziləri
hədəfə almaq ancaq terorist qüvvələrin əməli ola bilər. Artıq erməni
terroru sirr deyil,erməni vəhşiliyi,erməni xisləti gizli deyil.
Prezidentimiz müsahibəsində bu məsələlərə toxundu:”Ermənistan Gəncə
şəhərinə ballistik raket zərbəsi vurmaq əmri verəndə və Azərbaycanın
digər şəhərlərinə gündəlik olaraq hücum edəndə,danışıqları aparmaq üçün o
qədər də imkan qalmır. Atəşkəs qüvvəyə mindikdən 2 dəqiqə sonra onlar
atəşkəsi pozdular,onlar yenə də bizim dinc şəhərlərimizə hücum etdilər.
Bu səhər saat 6-dan 8-ə qədər onlar dinc əhalinin yaşadığı və ən çox
ziyan görən Tərtər şəhərinə 100-dən çox raket atıblar.”
Prezidentimiz
onu da qeyd etdi ki,əgər danışıqlar haqqında razılaşma olarsa,bütün
işğal altında olan Azərbaycan əraziləri geri qaytarılmalıdır.Heç bir
güzəştdən söz gedə bilməz.Həmçinin liderimiz onu da qeyd etdi
ki,Qarabağda heç bir referendum keçirilə bilməz:”Ermənilər artıq öz
müqəddəratlarını təyin ediblər.Onların müstəqil Ermənistan dövləti
var.Təsəvvür edin, əgər ermənilər yaşadıqları hər yerdə öz
müqəddəratlarını təyin etsələr nə baş verər,dünyada neçə kiçik
Ermənistan olar.”
Düşmənin gözü doymur!O,yalnız
Azərbaycan ərazisi ilə kifayətlənmir və bu işğalçı siyasəti
Prezidentimiz tam aydın şəkildə izah etdi:”Azərbaycana qarşı təcavüzə və
Türkiyəyə qarşı ərazi iddialarına görə onların Türkiyə ilə sərhədi
yoxdur.Bəlkə siz bilmirsiniz,lakin onların konstitusiyasında Türkiyəyə
qarşı ərazi iddiaları yer alır.Türkiyə kimi qüdrətli ölkəyə qarşı ərazi
iddialarına indiki vaxtda malik olmaq üçün gərək ağılsız olasan.Lakin
bu, onların ideologiyasının mahiyyətidir.”
Bir
liderin natiqlik qabiliyyəti,davranış və danışıq şəkli onun xalqını həm
işıqlı gələcəyə apara bilər,həm də onu məhv edə bilər.Prezidentimiz,Ali
Baş Komandanımız,liderimiz cənab İlham Əliyevin rəhbərliyi xalqımızı
uğurlu,parlaq gələcəyə aparır. Lakin siyasətdən anlayışı olmayan,nəinki
natiqlik,hətta sərbəst danışıq qabiliyyətinə belə malik olmayan,tam
təsadüfən siyasi arenaya çıxan Nikol Paşinyan isə öz mövqeyi və yanlış
fikirləri ilə Ermənistanın həzin sonunu tezləşdirir. Çox tezliklə siyasi
və iqtisadi böhranın artması ilə müşahidə olunan Ermənistan
rəhbərliyinin süqutunun həzin sonu gözlər önünə səriləcək. Bəs
Azərbaycanda vəziyyət necə olacaq? Qarabağda zəfər çalmış şanlı
Azərbaycan isə öz inkişafının yeni mərhələsinə qədəm qoyacaq. Ümummili
lider,siyasi düha,ulu öndər Heydər Əliyev tərəfindən əkilmiş toxumlarla
çiçəklənən Azərbaycan günəşin al şəfəqlərində parlayan Xəzərin sahilində
firəvan, azad, müstəqil həyatını davam etdirəcək! Azərbaycan güclü
dövlətdir və onun güclü ordusu var!
Şəmilova Dünya Nəsimi rayon gənci , Azərbaycan Dillər Universiteti tələbəsi