“Azərbaycan hərbi
qələbəyə yaxındır. Mümkündür ki, artıq bir neçə saatdan sonra Azərbaycan
ordusu Ermənistanla Dağlıq Qarabağı əlaqələndirən cənub Laçın dəhlizini
atəşdə saxlayan mövqeləri tutacaq. Şimal dəhlizi artıq bir həftə bundan
qabaq bloklanıb. Orada hər şey atəş altındadır”.
APA-nın
Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya Siyasi Tədqiqatlar
İnstitutunun direktoru, politoloq Sergey Markov bildirib .
Onun
sözlərinə görə, Azərbaycan ordusu hazırda həm də havadan da tam
dominantlıq edir: “Laçın dəhlizinin hərbi blok edilməsindən sonra
Ermənistan ordusunun vəziyyəti artıq ümidsiz olacaq. Müharibənin davam
etdirilməsi o zaman hərbi formada olan ermənilərin məhv edilməsinə
çevriləcək .Bu artıq heç kimə lazım deyil. Ona görə də, fikrimcə, bu
hərbi qələbədən sonra Azərbaycan prezidenti İlham Əliyev atəşi
dayandırmağa və danışıqlara başlamağa hazır olduğunu bəyan edəcək. Bu
isə artıq atəşkəs haqqında deyil, sülh haqqında danışıqlar olacaq.
Danışıqlar Azərbaycanın bütün ərazilərindən Ermənistan qoşunlarının
çıxarılması şərtləri və erməni əhalisinin vəziyyəti haqqında olacaq.
Rusiya bu danışıqlarda əsas təşkilatçı və vasitəçi olacaq”.
Rusiyalı
ekspert Vladimir Putinin “Valday” forumundakı çıxışının da məhz bu
haqda olduğunu söyləyib: “Baxmayaraq ki, o zaman heç də hamı bunu
anlamamışdı. Putin isə bir neçə saatdan sonra regionda geosiyasi
vəziyyətin kardinal şəkildə dəyişəcəyini artıq bilirdi”.